Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının
gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün
keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri
haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif
olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı
birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı
münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi
qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il
sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında
əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ
qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin
edilməsidir.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul
edilib.