Azərbaycan şikayət verdi: təzminat davası başladı

Azərbaycan şikayət verdi: təzminat davası başladı

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib. Şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim edilib.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdir. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdilər:

“Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Dəymiş ziyan isə yüz milyard dollarla ifadə olunur”.

Teqlər: