Xəbər - Sədrəddin Ağcayev- Trend:
Azərbaycan “Şərq tərəfdaşlığı” ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub.
AzerTimes-ın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, azərbaycanlılar xaricə, eləcə də qonşu ölkələrə səfərləri zamanı yüksək ruminq tarifləri ilə üzləşir. Bununla əlaqədar “EU4Digital” təşəbbüsünün dəstəyi ilə “Şərq tərəfdaşlığı”nın üzvləri, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında vahid rouminq məkanının yaradılması üzrə işlər aparılır.
E.Vəlizadə əlavə edib ki, hazırlanan Regional rouminq sazişinə uyğun olaraq 2026-cı ilədək rouminq qiymətlərinin 87 faiz azalması gözlənilir.
(Tərcümə: Orxan Nəbiyev)