Xəbər - Elçin Mehdiyev – Trend:
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi bölgədə yeni reallıq yaradıb və bu yeni reallıq regionda əməkdaşlıq imkanlarını artırıb.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında deyib.
“ATƏT-in Helsinki yekun aktına uyğun olaraq Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipləri əsasında əməkdaşlığın formalaşmasının tərəfdarıdır. Bu, bölgədə birgəyaşayış, sülh imkanları yaradır. Bu istiqamətdə ATƏT-lə əməkdaşlıq fayda verə bilər. Hesab edirik ki, postmüharibə dövründə geniş əməkdaşlıq imkanları var”.