Təxminən dörd ay ərzində hər şey sakit və yaxşı idi. Ənənəvi sual, təşəbbüskarın kim olması və bunun niyə baş verməsidir. Burada bir neçə variant var.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.
“Baş verənlər İrəvanın işi ola bilər. Paşinyanın sülh prosesində status-kvonu saxlamaq və Azərbaycanla sülh sazişi imzalamaqdan yayınması faydalıdır. Nikol qorxur ki, belə bir sənədə imza atan kimi onu uzaqlaşdıracaqlar. Ona görə də o, sülh sazişinin imzalanmasını yubadır, ənənəvi təxribatçı və tamamilə saxta bəyanatlar səsləndirərək (məsələn, Britaniya nəşrinə verdiyi müsahibə) sülh prosesini əngəlləməkdə günahkarın guya Azərbaycan olduğunu deyir.
Baş verənlər həm də erməni millətçi yaraqlıları ilə əlbir olan hərbi komandirlərin təşəbbüsü ola bilər. Erməni mediası təxribatın “Yerkrapa” adlı strukturun silahlıları tərəfindən həyata keçirildiyini yazır. Bu struktura 90-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslər daxildir. Yanvarın sonunda isə bu yaraqlıların başçısı iddia etdi ki, onun adamları, təxminən 10 min nəfər Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib”, – o bildirib.
Solonnikov qeyd edir ki, eskalasiyada Qərb də maraqlıdır:
“Ötən ilin sentyabrında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ və AB-nin bəzi strukturları ilə münasibətlər pisləşib. Çünki Bakı təzyiqlərə dözməyi dayandırdı və Azərbaycan əleyhinə bəyanatlara açıq şəkildə cavab verməyə başladı. İndi Əliyevin seçkidə qələbə çalmasından sonra ABŞ, Almaniya, Böyük Britaniya kimi dövlətlərin onlara heç bir reaksiya vermədiyini gördük. AB və ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT DTİHB-nin seçkini guya rəqabətsiz adlandırdığı qənaətini dəstəkləyib, baxmayaraq ki, seçkidə 7 namizəd iştirak edib. Daha sonra AB-nin Ermənistandakı missiyasının təxribatçı fəaliyyəti, eləcə də Azərbaycanın sərhədində “itirilmiş” Çexiya vətəndaşı ilə bağlı qəribə hadisə ilə əlaqədar AB-nin səfiri Azərbaycan XİN-ə çağırılıb. Eyni zamanda AB missiyasının yerləşdiyi ərazidə eskalasiya baş verib.