Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd Qoşunları Ermənistan – Azərbaycan sərhədinin Tavuş mərzində delimitasiya olunmuş hissəsində mövqe tutublar.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
“Bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş mərzinin Berkaber kəndi boyunca 1,9 km uzunluğunda və Tavuş mərzinin Əskipara və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb”, – Paşinyan qeyd edib.