“Azərbaycan Sənaye Korporasiyası” və Kanada təşkilatı arasında xüsusi əhəmiyyətə malik müqavilə imzalanıb

Dövlətlərin qarşısına qoyduğu priorietlərdən biri olan dayanıqlı inkişafın təmin olunmasının əsas faktorlarından biri rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması, bilik və bacarıqların mütamadi olaraq artırılmasıdır. İqtisadi-sosial inkişafın daha da gücləndirilməsi, müasir texnoloji həllərin öyrənilməsi və ərsəyə gətirilməsi və digər sahələrdə mütərrəqqi addımların atılması üçün Azərbaycan dövləti insan kapitalının inkışafına xüsusi diqqət yetirir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşmiş beş Milli Prioritetdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır.

Qeyd olunan faktorları nəzərə alaraq, “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandığı ilk gündən kadrların əhəmiyyətini əsas tutaraq fəaliyyət göstərmiş, əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına və iş mühitinin yaxşılaşdırılmasına daima dəstək vermişdir. Korporasiyanın strukturuna uyğun olaraq müvafiq sahələr üzrə beynəlxalq sertifikasiyaya sahib olan əməkdaşlardan ibarət kollektivin bilik və tərcübələrinin daha da dərinləşdirilməsi məqsədilə mütəmadi olaraq təlimlər təşkil etmiş və sertifikasiya proqamlarına qoşulmaq üçün şərait yaratmışdır. Bu işlərin davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC və Kanadanın “Corporate Finance İnstitute (CFİ)” arasında beynəlxalq səviyyəli təlimin və sertifikasiya imtahanlarının təşkilinə dair müqavilə imzalanmışdır.

Hal-hazırda maliyyə sahəsində ən çox istinad edilən mənbələrdən biri olan Kanadanın “Corporate Finance Institute” tərəfindən yaradılmış və 3 müxtəlif istiqaməti (“Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)), “Kapital Bazarları və Qiymətli Kağızların Analizi” (Capital Markets & Securities Analyst (CMSA)), “Biznes Təfəkkürü və Data Analiz” (Business Intelligence & Data Analyst (BIDA))) əhatə edən təlim və sertifikasiya proqramları onlayn platforma üzərində qurulmaqla unikal və daha praktik yönümlüdür. Qeyd edilən təlim və sertifikasiya proqramlarına “J.P.Morgan”, “Morgan Stanley”, “Amazon” kimi qlobal şirkətlərin əməkdaşları müraciət edir.

Korporasiyanın Maliyyə departamenti ilə Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşlarının sözügedən təlim proqramlarına qoşulması nəticəsində onlayn təlim, rəsmi beynəlxalq sertifikat və qeyd olunan proqramlara uyğun olaraq “Corporate Finance İnstitute (CFİ)” platformasının bütün resurslarından istifadə imkanı yaranacaqdır.

Qurulan bu yeni əməkdaşlıq peşəkar bilik və bacarıqların qoyulan hədəflərə uyğun davamlı inkişaf etdirilməsi, beynəlxalq biliklərin öyrənilməsi və tətbiqi baxımından xüsusi əhəmiyyətə malikdir.

Teqlər: