Təbriz, Həmədan, Urmiya, Ərak və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyaları keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə təqaüdçülər sosial media hesablarında paylaşım ediblər.
Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Etirazçılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.