İyunun 2-i axşam saatlarında Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat verib.
Hadisənin mənzildə yandırıcı maddələrin partlaması nəticəsində meydana gəldiyi bildirilir.