İyunun 20-də Ərdəbil şəhərində vətəndaşlarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma yaşanıb.
AzerTimes xəbər verir ki, bu barədə ərdəbilli sosial media fəalları məlumat yayıb.
Bildirilir ki, satıcının məmurlar tərəfindən döyülməsinə dözməyən ərdəbillilərin müdaxilə etməsi qarşıdurma ilə nəticələnib.
Vətəndaşlara hücum edən polislər onları döyüb. Bir neçə nəfərin isə saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.