Azərbaycan səfiri etimadnaməsinin surətini İranın xarici işlər nazirinə təqdim edib

Sentyabrın 30-da Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan yeni səfiri Əli Əlizadə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşərək etimadnaməsinin surətini təqdim edib.

Trend xəbər verir ki, görüş zamanı qarşılıqlı əlaqələrin daha da inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanıb və ikitərəfli münasibətlərdə mövcud olan bir sıra məsələlər müzakirə edilib. Səfir fəaliyyəti dövründə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Teqlər: