Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

AzerTimes-ın məlumatına görə, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Teqlər: