Azərbaycan Rusiyaya yumurtanın üçüncü partiyasını tədarük etdi

Azərbaycan Rusiyaya yumurtanın üçüncü partiyasını tədarük etdi

Rusiyaya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə yumurtanın Azərbaycandan 18 ton (306 min ədəd) həcmində üçüncü partiyası gətirilib.

Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.

Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Teqlər: