Azərbaycan Rusiyaya meyvə-tərəvəz tədarükünü artırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan 2021-ci ilin əvvəlindən Rusiyaya meyvə-tərəvəz tədarükünü artırıb.

AzerTimes-ın məlumatına görə, Rusiyanın ümumi meyvə-tərəvəz idxalında Azərbaycanın payına 338,2 min ton məhsul düşür ki, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4,6 faiz çoxdur. Qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 323,3 min ton olub.

Bu dövrdə Azərbaycan Rusiyaya kartof tədarükünü 23 faiz, yəni 68,8 min tondan 84,7 min tona qədər artırıb.

Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü olaraq qalır. Belə ki, pomidor ixracatı yanvar-iyul aylarında 114 min ton təşkil edib.

Həmçinin Azərbaycandan Rusiyaya xiyar (ikiqat), ağ soğan (iki min ton), çuğundur (2,4 dəfə), alma (19 faiz), qarpız (doqquz dəfə – 717 tona qədər), nektarin, şaftalı, ərik (üç dəfə – 617 tona qədər), xurma, çiyələk, armud (2,4 dəfə – 649 tona qədər), qovun və göyərti ixracı da artıb.

Twitter: agdzhaev

Teqlər: