Azərbaycan Rusiyadan gübrə və buğda tədarükünün artacağına ümid
edir.
Trend-in məlumatına görə, bunu baş nazirin
müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında
deyib.
O xatırladıb ki, Rusiya Azərbaycana mineral gübrə və taxıl
bitkiləri tədarükçüsüdür.
“2021-ci ildə Rusiyadan Azərbaycana 1,15 milyon ton buğda
tədarük edilib, bu ilin birinci rübündə isə biz Rusiyadan iki
milyon tona yaxın gübrə əldə etmişik. Gələcəkdə Azərbaycan bu
tədarük həcmlərinin artacağına ümid edir”, – Ş.Mustafayev
deyib.
(Tərcümə: Orxan Nəbiyev)