Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir – Mikayıl Cabbarov

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycan bu il Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət münasibətlərinin azalması ilə yadda qalıb:

“Amma hazırda həm Azərbaycanda, həm də Rusiyada iqtisadi artım müşahidə olunur ki, bu da iqtisadi baxımdan əməkdaşlıq sferalarına təsir göstərir”.

O əlavə edib ki, bu ilin birinci yarısında iki ölkə arasında xarici ticarət dövriyyəsi illik müqayisədə 4 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: