Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskvada Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.
AzerTimes-ın məlumatına görə, bunu R.Nəbiyev tvitter hesabında yazıb.
Nazir bildirib ki,iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə danışılıb:
“Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”.