Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyasının 20-ci yubiley iclası cari ilin aprel-may aylarında
Bakıda keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bu
barədə Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin
müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə
Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya
tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında
görüşdə deyilib.
Bundan başqa Azərbaycan-Rusiya Regionlararası Forumun
regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və
11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin
planlaşdırıldığı qeyd edilib.