Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvana
köçüb.
İttifaqdan AzerTimes-a verilən
məlumata görə, Azərtac-ın əvvəl yerləşdiyi binanın 2- ci mərtəbəsi
bütövlükdə ölkədə kino sənətinin inkişafında mühüm xidmətləri olan
bu təşkilata ayrılıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün
kino ictimaəti adından bu qayğıkeş addımına görə dərin
təşəkkürümüzü və minnətdarlığımızı bildirərək qeyd edək ki,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2022 – ci ilin
əvvəlindən həmin ünvanda – Bülbül prospekti 18/30 – da
məskunlaşıb.
Prezident İlham Əliyevin bu qayğısına cavab olaraq kino
xadimləri bundan sonra da ölkədə gedən ictimai – siyasi proseslərə,
Azərbaycan Kinosunun daha da inkişaf etdirilməsinə, filmlərimizin
bütün dünyada tanıdılmasına layiqli töhfələr verəcəklər. Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı öz fəaliyyətini uğurla
davam etdirmək üçün bir sıra təşkilati və texniki tədbirlər həyata
keçirmək və bu ünvanı əsl yaradıcılıq məkanına çevirmək
niyyətindədir.
Bir sözlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
yeni ünvanda yeni yaradıcılıq uğurlarına imza atmaq
iddiasındadır”.