Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan rəqəmsal hökumət xidmətlərinin yaradılması və inkişafı baxımından bir çox ölkəni qabaqlayır.
Bunu AzerTimes-a müsahibəsində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, 2020-ci ildə koronavirus infeksiyasının yayılması ilə əlaqədar Mərkəz tərəfindən “SMS icazə sistemi” və “icaze.e-gov.az” portalı yaradılıb. Bu, biznes sektoruna öz işçilərini xüsusi icazələrlə təmin etməyə imkan yaradıb:
“Bundan başqa, 8103 nömrəsinə məlumat yollamaqlda vətəndaşlar müəyyən məqsədlər üçün yaşayış yerərini tərk etmək icazəsi alırdılar. Pandemiya dövründə vətəndaşlar tərəfindən 8103 nömrəsinə 112 milyon SMS göndərilib. Yeddi milyona yaxın Azərbaycan vətəndaşı bu sistemin xidmətindən yararlanıb”.
Onun sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilmiş digər strateji layihə ölkənin su ehtiyatlarının idarə olunması layihəsidir: “Ölkəyə daxil olan çıxan, o cümlədən müxtəlif sahələrdə istifadə olunan suyun balansının hesablanması məqsədilə Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb. Bundan başqa, Mərkəz tərəfindən “cimerlik.az” portalı yaradılıb ki, bunun vasitəsilə vətəndaşlar çimərliklərə getmək üçün qeydiyyatdan keçib”.
F.Cəfərov qeyd edib ki, müharibə və post-müharibə dövründə Azərbaycan vətəndaşlarının ermənilər tərəfindən dağıdılmış əmlakının vahid reyestr sistemi hazırlanıb:
“2020-ci ilin sonunda bütün dövlət strukturları üçün elektron sənəd dövriyyəsi yaradılıb. Elektron hökumət çərçivəsində e-Gov portalına yüzlərlə dövlət strukturu inteqrasiya olunub”.
Mərkəzin direktorunun sözlərinə görə, kibertəhlükəsizliyin təmin olunması sahəsində həm dövlət informasiya sistemlərinin müdafiəsi, həm də əhalinin rəqəmsal hökumət xidmətlərindən istifadəsinin təhlükəsizliyi təmin olunmalıdır: “Vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsində biz hökumət portallarında avtorizasiya üçün “ASAN Login” layihəsini işə salmışıq. Bu vahid sistem ölkəmizin dövlət və biznes strukturları üçün hazırlanıb və vətəndaşların müxtəlif müəssisələrində avtorizasiyasını təmin edir”.
O bildirib ki, bununla yanaşı dövlət sisteminin müdafiəsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində “AzInTelecom” MMC-nin yaratdığı data mərkəzi təmin edir: “Bu, TIER III və ISO 27001 standartlarına cavab verən Cənubi Qafqaz məkanında ilk data mərkəzidir. Bu mərkəzdə informasiyanın və şəbəkə infrastrukturunun fiziki təhlükəsizliyinin təmin olunması, eləcə də digər istiqamətlər üzrə beynəlxalq standartlara uyğun müxtəllif prosedurlar keçirilir”.
Elektron Hökumətin İnkişafı Mərkəzinin barədə danışan F.Cəfərov deyib ki, xidmətləri bir neçə qrupa bölmək olar: dövlət, biznes, müxtəlif strukturlar və əhali üçün xidmətlər: “e-Gov portalında 1,3 milyondan çox şəxs qeydiyyata alınıb. Burada vətəndaşlara 700-dən çox xidmət göstərilib. Bundan başqa, myGov portalında 20-yə yaxın sistem inteqrə olunub”.
O əlavə edib ki, Mərkəz tərəfindən isə icra hakimiyyətinin regional mərkəzi layihəsi hazırlanıb, yəni 80-ə yaxın yerli icra hakimiyyəti orqanının xidmətləri onlayn formatda təqdim olunacaq:
“Portalın işə salınmasının ilkin mərhələsində biz vətəndaşların tələbatının öyrənilməsini davam etdirəcəyik və zəruri xidmətlər əsasında layihəni inkişaf etdirəcəyik”
Mərkəz direktoru xatırladıb ki, Azərbaycanın rayonlarında bu gün 15 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir: “Bu onu bildirir ki, vətəndaşlar xidmətlərdən təkcə onlayn formatda deyil, həm də “ASAN Xidmət” mərkəzlərinə getməklə yararlana bilər”.
O əlavə edib ki, “ASAN Login” vahid avtorizasiya sistemində iki milyona yaxın vətəndaş qeydiyyata alınıb və 2019-cu ildə istifadəyə verilmiş sistem öz auditoriyasını getdikcə genişləndirir.
F.Cəfərov bildirib ki, Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının dövlət informasiya sisteminə daxil edilməsi gələcəkdə vətəndaşların fiziki şəxsiyyət vəsiqələrindən imtinasını tələb edə bilər:
“Müasir dünyanın reallıqlarını nəzərə alaraq, biz ən yeni blokçeyn texnologiyaları əsasında ən öncül həll yollarını, “bulud” texnologiyaları vasitəsilə xidmətlərin inkişafı yollarını, süni intellektin tətbiqini və bir sıra digər texnologiyaları izləyirik. 2020-ci ildə Mərkəzdə “Data Lab” adlanan əlavə departament yaradılıb. Bu departament çərçivəsində bir sıra layihələrimizdə süni intellekt, maşın tədrisi, data mühəndisliyi tətbiq etmişik. Bu innovasiyalar müxtəlif istiqamətlərdə fərqli funskiyalar icra edir. Məsələn, “ASAN Visa” layihəsi vasitəsilə biz xidmətlərdən istifadə etmiş turistlərlə sorğu keçiririk, maşın tədrisi isə sorğunun nəticələrini qiymətləndirir. Biz maşınları müsbət və mənfi rəyləri qiymətləndirməyi, sonrakı mərhələlərdə isə yüz minlərlə rəyi oxumağı öyrətmişik. Model turistlərin rəylərini qruplaşdırır və bizə onların şikayəti ilə bağlı məlumatları təqdim edir. Yekun nəticələri biz müvafiq qərar qəbul edilməsi prosesində istifadə edirik.
Mərkəz direktorunun sözlərinə görə, süni intellektin tətbiqi sayəsində “myGov” layihələrində vətəndaşların ehtiyaclarının proqnozlaşdırılması mümkün olub: “Biz ayrı-ayrı vətəndaşların hansı müddətdə hansı dövlət xidmətinə ehtiyacı ola biləcəyini proqnozlaşdıra bilirik. Dünya tendensiyalarının izlənməsi, eləcə də sosial şəbəkələrin inkişafı bizə sosial şəbəkələrin ənənəvi funksiyalarını və sadəliyini dövlət layihələrinə tətbiq etməyə imkan verir”.
F.Cəfərov, həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təcrübəsindən bir sıra ölkələrin yararlanması barədə məlumat verib:
“ASAN Xidmət modeli bu gün Əfqanıstanda bir sıra digər ölkələrdə tətbiq olunur. Bundan başqa. ASAN Assosiasiyası yaradılıb ki, buraya Mərakeş, Monteneqro, Türkiyə, BƏƏ, İndoneziya, Əfqanıstan və digər ölkələr daxildir. Bəzi ölkələrdə artıq “ASAN Visa” layihəsi tətbiq olunur. Biz, həmçinin bilik və təcrübələrimizlə BMT ilə paylaşırıq və digər dövlətlərin təcrübələrini öyrənirik. Yaratdığımız xidmətlər və təqdim etdiyimiz həllər baxımından biz bir çox ölkəni qabaqlayırıq”.
O bildirib ki, yaxın illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi elektron hökumət quruculuğunun əhat dairəsini genişləndirməyi planlaşdırır:
“Bu istiqamətlərdə hüquqi bazanın yaradılması, rəqəmsallaşma prosesinə Azərbaycan vətəndaşlarının cəlb olunması, yeni xidmətlərin hazırlanması, əhalinin innovativ biliklərinin genişləndirilməsi və bir sıra digər aspektlər vacibdir. Bundan başqa, inkişaf strategiyamıza informasiya təhlükəsizliyinin gücləndirilməsi, eyniləşdirmənin müdafiəsi, data mərkəzlərinin idarə olunması imkanlarının genişləndirilməsi daxildir”.
Mərkəz direktoru vurğulayıb ki, inkişafın əsas ideyası fasiləsiz elektron hökumət xidmətlərinin təqdim olunmasıdır:
“Bu baxımdan portallaqın xidmətlərini genişləndirmək, layihələrin rəqəmsallaşdırılmasına böyük diqqət ayırmaq, xidmətlərdən istifadə proseslərini sadələşdirmək, kağız sənəd dövriyyəsini minimuma endirmək, eləcə də Azərbaycan məhsullarının ixrac potensialını artırmaq planlaşdırılır”.
F.Cəfərovun sözlərinə görə, Mərkəzin xidmətlərinin inkişafınin digər məqsədi süni intellektein tətbiqinin genişləndirilməsi, bir sıra xidmətlərin avtomatlaşdırılması və sürətləndirilməsidir:
“Kibertəhlükəsizlik istiqamətində biz vətəndaşların baza biliklərini artırmağı və rəqəmsal layihələrlə işləyən dövlət orqanları əməkdaşlarının ixtisaslaşmasının keçirilməsini planlaşdırırıq. Bu il ərzində isə icra hakimiyyətinin regional mərkəzi layihəsi üzərində işlərin davam etdirilməsi və rayonlardan yaşayan vətəndaşlar üçün 40-a yaxın xidmətin rəqəmsallaşdırılması planlaşdırılır”.
(Tərcümə: Orxan Nəbiyev)