Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının
tərəfdarıdır.

AzerTimes-ın
məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, bu imkanlar Ermənistan üçün bir
fürsətdir və Ermənistan hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə
istifadə etmək barədə qərar verməlidir. Nazir vurğulayıb ki,
Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq hüquq prinsiplərinə
əsaslanır. Ermənistanla münasibətlərin normallaşması məsələsində
Azərbaycan və Türkiyə arasında tam koordinasiya var.

Nazir əlavə edib ki, Şuşa Bəyannaməsi üçüncü ölkələrə qarşı
yönəlməyib. Bu bəyannamə Türkiyə və Azərbaycanın inkişafına
yönəlib.

Teqlər: