Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti Rusiyanın Sankt Peterburq şəhərində MDB PA-nın yaz sessiyasına qatılıb.
AzerTimes-ın məlumatına görə, Nümayəndə heyətinin tərkibində iştirak edən millət vəkili Arzu Nağıyev Real TV-yə açıqlamasında Azərbaycanın Qarabağla bağlı reallıqlarının gündəmə gətirilib beynəlxalq arenada səsləndirilməsi baxımından 2 günlük səfərin nəticəsini yüksək qiymətləndirir:
“PA-nın iclasında iştirak etmək çox ciddi hazırlıq tələb edir. Milli Məclisin sədri Sahibə Qafarovanın və eyni zamanda hər bir nümayəndəsinin iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu iclaslarda Ermənistan tərəfi də iştirak edir. İclaslarda Ertmənistan nümayəndələri müxtəlif iddialar irəli sürür. Bu əsassız iddiaların qarşısının alınması da olduqca əhəmiyyətlidir. Azərbaycan kankret olaraq 44 günlük müharibədə baş verənləri və digər önəmli reallıqları ortaya qoyur. Ümumilikdə Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir”.