Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətini yeni səviyyəyə çıxarmağa çalışır – Elman Abdullayev

Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətini yeni səviyyəyə
çıxarmağa çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın
Afrika İttifaqındakı birinci daimi nümayəndəsi Elman Abdullayev
Afrika Gününə həsr olunmuş “Afrika qitəsinin Qoşulmama Hərəkatının
qiymətləndirilməsində rolu” mövzusunda konfrans zamanı deyib.

“Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi vacib əhəmiyyət
daşıyır. Mövcud geosiyasi reallıqlar və çağırışlar bizim qarşımıza
yeni tapşırıqlar qoyur. Azərbaycanın üzərinə tarixi missiya qoyulub
və bunu davam etdirmək lazımdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatına tarixi boyunca Afrika
ölkələri böyük töhfə verib.

“Azərbaycan Afrika ölkələri ilə dialoq aparır. Biz Qoşulmama
Hərəkatının Afrika qitəsinin problemlərinin həllinə necə töhfə verə
biləcəyini nəzərdən keçiririk”, – E.Abdullayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: