Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il də sədrlik edəcək.
AzerTimes bu barədə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Nazirlik bildirir ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra QH üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.