Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) “Global Innovation Index 2021” reytinqində mövqeyini yaxşılaşdırıb.

Trend bu barədə WIPO-ya istinadən məlumat verir.

Azərbaycan mövqeyini 2020-ci ilin reytinqi ilə müqayisədə iki pillə yüksəldərək 132 ölkə arasında 80-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Global Innovation Index” reytinqi insan kapitalı və araşdırmalar, infrastruktur, bazar və biznesin inkişafı, bilik və texnologiyalar kimi parametrləri nəzərə alır.


Bu ilki reytinqdə ilk üçlükdə İsveçrə, İsveç və ABŞ yer alıb, sonuncu pillələrdə isə Qvineya, Yəmən və Anqola qərarlaşıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)