Azərbaycanın elm, tarix, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları Cornell və Purdue Universitetlərinin, həmçinin Ford Fondunun dəstəyi ilə hazırlanmış “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”na qarşı etiraz məktubu göndərib.
AzerTimes xəbər verir ki, məktubda “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”ının hazırlanmasında mütəxəssislərdən 2-nin milliyyətcə erməni, digərlərinin isə ermənipərəst mövqeyi ilə tanınması xüsusi qeyd edilib və bu şəxslərin belə bir təhrif olunmuş hesabatın hazırlanmasında iştirakının təəccüb doğurmadığı vurğulanıb.
Məktubda həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və doğurduğu nəticələrlə bağlı ətraflı məlumat təqdim edilib: “Əgər universitetlər və Fondun təmsilçiləri bu mövzuda araşdırmaları Azərbaycanın Qarabağ bölgəsində aparmaq istəsələr, onlar üçün müvafiq şəraitin yaradılmasına köməklik göstərilə bilər”.
Qeyd edək ki, “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”nda Qarabağın Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycanın maddi və mədəni irsinə qarşı törədilmiş cinayətlər ört-basdır edilib.