Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı
verib.
Trend xəbər verir ki, Bəyanatda deyilir:
“Biz, QHT nümayəndələri, bir neçə dəfə beynəlxalq təşkilatlara
və UNESCO-ya müraciət edərək Qarabağda və Ermənistan ərazisindəki
Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata
keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz
Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz
illər tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə
üzləşmişdir.
Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli
yanaşmalar və islamafobiya hər zaman bəzi beynəlxalq qurumların
işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına
əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində
ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı
yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin
əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul
edilməsi Azərbaycana qarşı növbəti riyakarlıqdır.
Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə
çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30
illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini
abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət
siyasəti səviyyəsində – sistemli surətdə həyata keçirib, xalqımıza
qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib.
Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı
azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti
ilə müşayiət olunmuşdur. Belə ki, XX əsrin əvvəllərindən başlamış
azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü
Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində
Ermənistanda azərbaycanlı qalmamışdır. Təkcə 1988-ci ildə həyata
keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox
azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi.
Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni
soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli
sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir,
Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır,
özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən
ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də
həyata keçirilmişdir.
Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki
məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları
tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi
dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında
olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə
etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə,
məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan
ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında
təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si
məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf
rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman
məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12,
Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən
dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara
baxmayaraq müyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri
bu durumlara səssiz qalır və əksinə Azərbayan əleyhinə qətnamələr
qəbul edirlər.
Beynəlxalq təşkilatlara ünvanlanmış öncəki müraciətlərimizdə
tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn,
digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy
məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan,
Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa,
Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid
20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya
digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi
1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o
tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca,
Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq
məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü
abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin
də qəbri dağıdılıb.
Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus
minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu,
Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün
bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı
olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç
bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin,
onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə
dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.
Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət
siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu
məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə
edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların
mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq
humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının,
UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə
pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik
Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi
qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən
dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı
qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və
Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz
qətnaməni ləğv etməyi tələb edirik.
1. Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumu
2. İlqar Orucov – Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyəti” ictimai birliyi,
3. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu,
4. Əziz Ələkbərli – Azərbaycan Qaçqınlar Cəmiyyəti,
5. Bahar Qasımova – Azərbaycan Qadınları Respublika
Cəmiyyəti,
6. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai
Birliyi,
7. Faiq İsmayılov – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı,
8. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatı
9. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun
Müdafiəsi” ictimai birliyi
10. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının
Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyi
11. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti
Azərbaycan Milli Bölməsi” ictimai birliyi
12. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək
İctimai Birliyi,
13. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai
Birliyi”,
14. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai
Birliyi,
15. Mariya Hüseynova – “Azərbaycan-Bolqarıstan Dostluğunun
İnkişafına Yardım” İctimai Birliyi
16. Fərid Şahbazlı – İslahatçı Gənclər İctimai Birliyi,
17. Yusif Ağayev – “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi
ictimai birliyi,
18. Cəsarət Hüseynzadə – “İnformasiya Təşəbbüslərinə Dəstək”
ictimai birliyi,
19. Nəsiman Yaqublu – “Tarix və Mətbuat Araşdırmalarına Dəstək”
ictimai birliyi,
20. Telman İsa – “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai
Birliyi,
21. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar”
ictimai birliyi,
22. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin
İnkişafı” İctimai Birliyi,
23. Fuad Abbasov – “Misra” informasiya mübadiləsi və
təşəbbüsləri İctimai Birliyi,
24. Fuad Hüseynzadə – “Diaspor Fəaliyyətinə Jurnalistlərin
Dəstəyi” ictimai birliyi,
25. Niyaməddin Orduxanlı – “Bələdiyyələrin İnkişafına Yardım”
ictimai birliyi,
26. Aqil Ələsgər – “Qızılbaş” Gəncləri Maarifləndirmə ictimai
birliyi,
27. Ceyhun Musaoğlu – “Jurnalist Ekspert Mərkəzi” ictimai
birliyi,
28. Aqil Camal – “Ortaq Dəyərlər” ictimai birliyi,
29. Hafiz Səfixanov “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”
ictimai birliyi,
30. Mehri Xanbabayeva – “Azərbaycan Tarixçiləri” ictimai
birliyi,
31. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai
birliyi,
32. Ziba Nəbiyeva – “İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai
birliyi,
33. Ayaz Hüseynov – “Hemofiliyalı Xəstələr” İctimai Birliyi,
34. Fuad Əsgərov – “Qan Donorları Assosiasiyası” ictimai
birliyi,
35. Könül Ağayeva – Rəqəmsal İnkişaf İctimai Birliyi,
36. Ramil Abbasov – “Spektr” sosial-iqtisadi araşdırmalar və
inkişaf ictimai birliyi,
37. Müşviq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək”
ictimai birliyi,
38. Elçin Mirzəbəyli “Bakı Natiqlik Məktəbi” ictimai
birliyi,
39. Xatirə Vəliyeva – “Xankəndi” məcburi köçkünlərə dəstək
ictimai birliyi,
40. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi
İctimai Birliyi,
41. Şahin Rəhmanlı – İrəli İctimai Birliyi,
42. Elşad Məmmədli – “Vətəndaş Maarifləndirilməsi” İctimai
Birliyi,
43. Elvin Talışınski – “Elin Səsi” milli-mənəvi dəyərlərimizin
qorunması ictimai birliyi,
44. Cavid Şahverdiyev – Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzi,
45. Kəmalə Ağazadə – “Azərbaycan Uşaqları” İctimai Birliyi,
46. Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına
dəstək” ictimai birliyi,
47. Əfsələddin Ağalarov – “Gəncliyin Sosial-İqtisadi İnkişafına
Yardım” ictimai birliyi,
48. Zülfiyyə Nuriyeva – “Sosial, iqtisadi və kənd təsərrüfatının
inkişafına dəstək” ictimai birliyi,
49. Məleykə Əlizadə – “Gəncə Regional Qadın Mərkəzi” ictimai
birliyi,
50. Samirə Mustafayeva – “Azad Həmfikirlər” Gənclərin
Maarifləndirilməsi ictimai birliyi,
51. Qalib Nəbiyev – “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi”
ictimai birliyi,
52. Yadigar Məmmədli – “Azərbaycan Demokratik Jurnalistlər
Liqası” ictimai birliyi,
53. Samir Mehdizadə – “Təhsil Şurası” ictimai birliyi”.