Azərbaycan-Qətər enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə
dövlət naziri, “Qatar Energy” şirkətinin prezidenti və icraçı
direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
qlobal qaz bazarında inkişaf meyilləri, iki ölkə arasında enerji
əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən
keçirilib.

Azərbaycanın ənənəvi və bərpa olunan enerji potensialı, qaz
ixrac infrastrukturu və hədəfləri barədə məlumat verən energetika
naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Qətər enerji
əməkaşlığının qurulması üçün münasib vaxtdır. Nazir bu istiqamətdə
“Nebras Power” ilə qaz-turbin, eləcə də külək elektrik stansiyaları
layihələri üzrə əməkdaşlığa başlandığını qeyd edib. Eyni zamanda
Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji
potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi
diqqətə çatdırılıb.


Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün
təmasların davam etdirilməsi razılaşdırılıb.

Teqlər: