Xəbər - Elçin Mehdiyev – Trend:
İstəyirik ki, gələn ildən Azərbaycan qazı Macarıstanda öz yerini tutsun.
AzerTimes-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan qazı Macarıstan üçün əlavə təminat verə bilər.
“Biz artıq layihənin işlənməsi ilə bağlı danışıqlara başlamışıq və danışıqlar ümidvericidir. İstəyirik ki, Azərbaycan qazı Macarstanın milli enerji balansına daxil olsun”, – deyə nazir bildirib.