Azərbaycan qazının ixracının sabitliyi Aİ-nin qaz balansında müsbət amildir – Oksford İnstitutu

Aydındır ki, Azərbaycan qazının ixracının sabitliyi,
Azərbaycanın “Şahdəniz 2” yatağından Trans-Adriatik boru kəməri
(TAP) vasitəsilə etibarlı qaz tədarükü Avropa İttifaqının qaz
balansında arzuolunan amildir.

Bunu Trend
Oksford Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Culian
Bouden deyib.

“Aİ Rusiya qazına əvəz axtarır. Bunun üçün Aİ-nin Rusiya qazının
idxalına tələbi azaldacaq tələb və təklif baxımından bir sıra
tədbirlər müəyyənləşdirilib. Aİ bildirir ki, Rusiyadan neft və
qazdan tədricən imtina 2030-cu ilədək baş tuta bilər. Aİ əlavə
mayeləşdirilmiş təbii qaz və boru kəməri qazı idxalı üçün mənbələr
axtarır. Burada ehtiyat potensialı barədə danışmaq yersizdir;
Aİ-nin istədiyi təklifin dərhal artırılmasıdır. Azərbaycan dərhal
əlabə tədarükü necə reallaşdıra bilər? TAP müəyyən qədər tam güclə
işləyir. Daha çox qazın nəql olunması üçün genişlənməyə, məsələn
kompressorlara investisiyalar tələb olunacaq. Fikrimcə, Azərbaycan
qısamüddətli perspektivdə türkmən qazının təkrar ixracı yolu ilə
Avropaya daha çox qaz tədarük edə bilər. Uzunmüddətli perspektivdə
isə qaz kəşfiyyatı və hasilatını sürətləndirmək lazımdır”, –
C.Bouden deyib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən etibarən TAP
vasitəsilə Avropaya qaz nəqlinə başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: