Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi tikinti işlərinin ləngiməsi və sürətinin azalmasına baxmayaraq inkişafını davam etdirir.
Trend bu barədə ICGB AD layihə şirkətinə istinadən məlumat verir.
Proqnozlara əsasən, qaz kəməri 2021-ci ilin sonunadək istifadəyə verilməlidir:
“Əvvəlcə IGB layihəsinin 2020-ci ilin sonunadək başa çatdırılması planlaşdırılırdı. Amma boru istehsalı və tədarükü müqaviləsi üzrə podratçı seçimi prosedurları uzandığı üçün, eləcə də tam maliyyəlşmənin təmin olunması zərurəti ilə əlaqədar tikinti müqaviləsi 2019-cu ilin oktyabrında imzalanıb”.
Qeyd olunur ki, 2021-ci il fevralın əvvəlindən tikintinin razılaşdırılmış müddətlərində ləngimələr barədə məlumatlar daxil olur. Bu da Bolqarıstanda koronavirusla bağlı fövqəladə vəziyyətlə əlaqədar qeydə alınıb.
(Tərcümə: Orxan Nəbiyev)