Azərbaycan qazının Bolqarıstana nəqlinə başlanıldı

Azərbaycan qazının Bolqarıstana nəqlinə başlanıldı

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.

Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.

Xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.

Teqlər: