Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi ilə məşğul olan layihə şirkəti kredit verilməsinin sürətləndirilməsi üçün Avropa İnvestisiya Bankına (EIB) müraciət edəcək.
AzerTimes-ın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.
O bildirib ki, IGB layihəsi bu ilin sonuna kimi başa çatmalıdır.
Eyni zamanda ölkənin energetika naziri Temenujka Petkova qeyd edib ki, boruların istehsalı və tədarükü üzrə müqavilə icra olunub:
“Bu günədək həm Bolqarıstan. həm də Yunanıstan ərazisində 187 kilometr boru tədarük edilib. 128 kilometrdən çox boru xətti quraşdırılıb, 101 kilometrdən çox qaynaq edilib”.
Qeyd edək ki, IGB layihəsi Trans-Adriatik boru kəmərinə (TAP) qoşularaq Azərbaycan qazının Bolqarıstana nəqlini təmin edəcək.