Azərbaycan qazını Macarıstana daşıyacaq kəmərin tikintisi başa çatır

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan qazının Macarıstana idxalına imkan verən Serbiya-Macarıstan interkonnektorunun tikintisi üzrə işlər başa çatır.

Bu barədə Trend-ə Macarıstanın qaz-nəqliyyat sistemi operatoru olan FGSZ şirkətindən bildiriblər.

Qeyd olunub ki, sentyabrın 6-da boru kəmərinin illik gücünün bron edilməsi üçün hərrac keçirilib: “Tikinti işləri sentyabrın 15-dək başa çatacaq. Boru kəməri oktyabrın 1-də istismara veriləcək. Kəmərin buraxılış gücü ildə 8,5 milyard kubmetr təşkil edəcək”.

Şirkətdən bildiriblər ki, layihənin ümumi dəyəri 65,7 milyon avroya bərabərdir.

Şirkət Serbiya-Macarıstan sərhədindən Kişkundorojma şəhərinədək 15 kilometr uzunluğunda boru kəməri tikəcək və beynəlxalq ölçmə stansiyası quraşdıracaq.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: