Xəbər - Ləman Zeynalova – Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə layihə şirkəti olan ICGB AD Bolqarıstan ərazisində 35 il ərzində təbii qaz nəqlinə lisenziya alıb.
Bu barədə Trend-ə şirkətdən bildiriblər.
Eyni zamanda, analoji qərarın Yunanıstan ərazisində 50 il müddətinə qəbul olunması gözlənilir.
Qeyd olunub ki, lisenziyalaşdırma interkonnektorun istismar mərhələsinə hazırlanması yolunda vacib addımdır: “Lisenziyanın əldə olunması şirkətin təbii qaz nəqli üzrə müstəqil operator qismində sertifikatlaşdırılması prosedurunun başlanmasından əvvəl mühüm mərhələdir. Bu prosedur Bolqarıstan, Yunanıstan və Avropa Komissiyasının enerji tənzimləmə orqanlarının təsdiqi ilə başa çatır”.
Şirkətdən, həmçinin bildiriblər ki, IGB-nin tikintisi üzrə işlər sürətlə davam edir və qaynaq işlərinin 96 faizi icra olunub.
Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)