Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazı Bolqarıstanın illik qaz tələbatının 40 faizini təmin edəcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynovla görüşü zamanı deyib.
A.Jivkov qeyd edib ki, Bolqarıstanın Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə ildə bir milyard kubmetr qaz tədarükü ilə bağlı Azərbaycanla müqaviləsi var və bu, tədarükün şaxələndirilməsi baxımından vacib amildir:
“Amma interkonnektorun tikintisinin ləngiməsi ilə əlaqədar biz müqavilə ilə nəzərdə tutulmuş həcmi ala bilmirik. Biz qaz kəmərinin tikintisinin sürətlənməsi üçün səy göstəririk və enerji sektorunda təhlükəsizlik və rəqabətqabiliyyətlilik məqsədlərinə çatmaq üçün ölkələrimizin şirkətləri arasında əməkdaşlığı genişləndirməyə hazırıq. Əgər biz Azərbaycan qazının razılaşdırılmış həcmini alsaq, o zaman bizim illik qaz tələbatının 30-40 faizi təmin olunacaq”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)