Cənub Qaz Dəhlizi karbohidrogendən sonrakı dövrdə də böyük rol
oynaya bilər.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer brifinqdə
AzerTimes-ın sualını cavablandırarkən deyib.
“Azərbaycan qazı Balkan ölkələrinə təmiz enerjiyə keçməyə kömək
edə bilər. Cənub Qaz Dəhlizi hidrogeni də nəql edə bilər və
beləliklə, karbohidrogendən sonrakı dövrdə də böyük rol oynaya
bilər”.