Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qazının Trans-Adriatik boru kəməri ilə (TAP) Avropaya tədarükü 2021-ci ilin ikinci rübündə Aİ-nin Norveçdən təbii qazın və mayeləşdirilmiş təbii qazın idxal payının azalmasını kompensasiya edib.
Trend bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.
Qeyd olunub ki, Norveçdən təbii qaz idxalının, eləcə də mayeləşdirilmiş təbii qaz idxalının azalması Əlcəzairdən və yeni Trans-Adriatik boru kəməri ilə tədarük hesabına kompensasiya olunub.
Məlumatlara əsasən, 2020-ci ilin sonunda istismara verilmiş TAP bu ilin ikinci rübündə Aİ-yə 18 teravatt/saat qaz idxalını təmin edib ki, bu da Avropanın ümumi idxalının 1,9 faizini təşkil edir:
“TAP “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir. Bu Aİ-nin qaz tədarükü sahəsində təhlükəsizlik siyasətinin vacib nəticəsidir. 2021-ci ilin birinci yarısında Aİ qaz idxalı ötən illə müqayisəd 0,5 faiz artaraq 1 824 teravatt/saaat təşkil edib. Rusiyadan boru kəməri ilə qaz idxalı ümümi idxalın 44 faizini, Norveçdən boru kəməri qaz idxalı və mayeləşdirilmiş qaz idxalı 22 faizini, Əlcəzairdən boru kəməri qaz idxalı 11 faizini, TAP vasitəsilə idxal 1,5 faizini, Liviyadan idxal isə bir faizini təşkil edib”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)