Azərbaycan qaz tədarükünün artırılması üçün Aİ və digər maraqlı tərəflərlə dialoq aparır – Nazir

Azərbaycan uzun müddətdir ki, Cənub Qaz Dəhlizinin
genişləndirilməsini planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov
Antalya Diplomatiya Forumu çərçivəsində enerji təhlükəsizliyi
mövzusunda panel müzakirəsi zamanı deyib.

“Birincisi, Azərbaycanın şelfdə nəhəng qaz ehtiyatları var: 2,6
trilyon kubmetr kəşf olunmuş ehtiyatlar. Bu, növbəti 100 il ərzində
Türkiyə və Avropadakı tərəfdaşlarımızın təbii qazla təmin olunması
üçün kifayətdir. Əgər bütün maraqlı tərəflər toplansa, Cənub Qaz
Dəhlizinin genişləndirilməsi barədə qərar qəbul etmək olar.
TANAP-ın illik buraxılış gücünü 31 milyard kubmetrədək, TAP-ı 20
milyard kubmetrədək artırmaq mümkündür. Bu, ortamüddətli
perspektivdə həyata keçirilə bilər”, – deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, qaz nəqlinin həcminin artırılması üçün
detallı planlaşdırma, Aİ, Türkiyə və digər maraqlı tərəflərlə
dialoq tələb olunur və artıq bu istiqamətdə işlər görülür.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: