Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır – Nazir müavini

Azərbaycan xarici tərəfdaşlarının təbii qaz tələbatının maksimum
təmin olunmasını hədəfləyir.

Trend-in məlumatına görə, bunu energetika
nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, müxtəlif ölkələrdən Azərbaycan qazının idxalı
üçün müraciətlər daxil olur.

“Məlum olduğu kimi, biz əsasən boru xətləri vasitəsilə qaz ixrac
edirik. Amma alternativ yollarla nəql üçün də işlər aparılır.
Azərbaycan qazına tələb böyükdür, bu, böyük məsuliyyətdir və ölkəyə
əlavə investisiyaların cəlb olunması üçün işlər aparılır”, – deyə o
bildirib.

Teqlər: