SOCAR tərəfindən 4,5 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir.
AzerTimes SOCAR-a istinadən xəbər verir ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.
Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr8 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.