Azərbaycan qaz ixracını 34 faiz artırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 14,93 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,95 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çox olub.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 17,52 faiz təşkil edib.


Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: