Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Azərbaycan bu münaqişəni öz gücü ilə həll etdi, işğal altında ola torpaqlarını azad etdi. İndi hansısa dairələrin Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, deməsi qəbuledilməzdir və regionda təhlükəsizliyə təhdiddir, xüsusilə də Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, münaqişənin həlli ilə bağlı üçtərəfli 10 noyabr sənədi imzalanıb və həmin sənəddə bütün məsələlər öz əksini tapıb: “Həmin sənəd Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbənin nəticəsində imzalandı. Azərbaycan ordusunun döyüş meydanında şanlı qələbəsi Ermənistanı bu sənədi imzalamağa və işğal altında olan digər rayonlarımızı da boşlatmağa məcbur etdi.

Məlum olduğu kimi həmin sənəddə Ermənistanın torpaqlarımızdan çıxması ilə yanaşı regionda kommunikasiyaların açılması ilə bağlı məsələr də öz əksini tapıb və bu istiqamətdə işlər davam etdirilir. Əgər münaqişə həll olunmamış olsaydı onda hansı kommunikasiyaların açılmasından söhbət gedə bilərdi? Göründüyü kimi münaqişənin həll olunmaması ilə bağlı səsləndirilən əsassız fikirlər hansısa məqsədlər güdür, xüsusilə ermənilərə hansısa statusun verilməsi məsələsin gündəmə gətirməyə çalışırlar.

Cənab Prezident İlham Əliyev bu məsələ barədə dəfələrlə bəyanat verib, Azərbaycan ərazisində ermənilərə hanısa status verilməsindən söhbət gedə bilməz. Əgər ermənilərin təəssübkeşliyini çəkən hansısa dövlət ermənilərə status vermək arzusundadırsa qoy bunu öz ərazilərində etsinlər, öz ərazilərində hansısa bir hissəni ermənilər üçün ayırsınlar və orada onlara istədikləri statusu versinlər. Ancaq Azərbaycan ərazisində ermənilərə hansısa status verilməsi bu mümkün olmayacaq və dövlət başçımız bunu dəfələrlə bəyan edib”.

Deputat bildirib ki, ermənilərin status almasını arzulayan ölkələr yaxşı olardi ki, bu gün Ermənistanın düşdüyü dalandan çıxmasına kömək etsinlər: “Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb deyənlər, ermənilərə status verilməsini istəyənlər yaxşı olardi ki, bu cür təhlükəli fikirlərindən çəkinsinlər çünki reallaşması mümkün olmayan bu cür fikirlər Ermənistana yaxşı heçnə vəd etmir. Ermənistan məhz elə Dağlıq Qarabağ münaqişəsi nəticəsində, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamaları nəticəsində bugünki dərin böhran, xaos vəziyyətinə düşüblər. Bu gün Ermənistan dövlətinin gələcəyi təhlükə altındadır, yaxşı olardı ki, münaqişə, status haqqında mənasız fikir səsləndirənlər, gedib Ermənistanı yox olma təhlükəsindən xilas etsinlər”.

Twitter: @ElchinMehdiyev

Teqlər: