Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyinin haqq-ədalətə əsaslandığını, mövcud olan beynəlxalq qanunlara tam uyğun olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən birgə görüşdə bir sıra önəmli məsələlər müzakirə olunmuşdur. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda , kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələləri geniş müzakirə olunub. Ermənistan tərəfi dəmir yolunun çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyanatda Azərbaycanın haqlı mövqeyi dəsdəklənib. Bəyanatda Avropa Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağrış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr(Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itgin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətrilməsinin zəruriliyi qeyd olunub. Bəyanatda həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara , xüsusilə bərpa işlərində dəsdək ifadə edilib. Eyni zamanda sərhədlərin demakrasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəsdək verilə biləcəyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz reqionunda iqtisadi əməkdaşlığın inkişafını dəsdəkləyir.

Şarl Mişel reqionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqələri təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi diqqət yetrilib. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Bəyanat bütünlüklə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün bu vaxta kimi irəli sürdüyü əsas prinsipləri özündə əks etdirib və Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.

Brüsselə səfəri şərçivəsində, dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub. Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb. Prezident İlham Əliyev NATO-nun mənzil qərargahında 6 dəfə, NATO-nun Baş katibi isə Azərbaycana 3 dəfə səfər edib. Baş tutmuş növbəti görüşdə postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirildi. Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu qeyd etmişdir. Görüş zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olunmuşdur.

Cənab Prezident İlham Əliyev səfər çərçivəsində NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəsdək bir daha ifadə olunub. Cənab Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçini sərhədlərin delimitasiyası və demakrasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.

Ümumilikdə cənab Prezident İlham Əliyevin Brüssel səfərinin yekunları deməyə əsas verir ki, Azərbaycan keçirilən görüşlərə hansı məqsədlərlə getmişdisə həmin məqsədlərə çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti mühüm diplomatik qələbəyə nail oldu.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: