Azərbaycan Prezidenti: Muxtariyyət artıq müzakirə mövzusu deyil

Muxtariyyət artıq müzakirə mövzusu deyil.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: “Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.

Teqlər: