Azərbaycan Prezidenti: Erməniləri müdafiə edənlər gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər

Erməniləri müdafiə edənlər gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində Pənahəli xanın sarayının qalıqlarına baxarkən deyib.

Dövlət başçısı bildirib:

“Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.

Teqlər: