Ermənilər başqa şəhər və kəndlərimiz kimi Kəlbəcəri də dağıdıblar.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfər zamanı deyib.
Dövlət başçısı deyib:
“Artıq Kəlbəcər şəhərindəyik, şəhərin girəcəyindəyik. Bax bunlar vəhşi ermənilərin əməlləridir. Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.