Azərbaycan Premyer Liqasında növbəti tur “Zəfər turu” adı altında keçiriləcək.
Bu barədə AzerTimes-a Peşəkar Futbol Liqasından məlumat verilib.
Qeyd olunub ki, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalda olan torpaqlarını azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.