Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.
Trend xəbər verir ki, bu barədə AFFA-nın Konfransında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.
O, hər hansı fors-major hal olmasa, nəhayət, bu planı gerçəkləşdirəcəklərini bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 komanda iştirak edir.