Xəbər - Orxan Nəbiyev – Trend:
Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Mir 24” telekanalı bildirir.
Qeyd olunur ki, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib: “Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin – Rusiyanın “Sputnik V”, Çinin “CoronaVac”, Almaniya və ABŞ-ın “Pfizer”, Böyük Britaniya və İsveçin “AstraZeneca” vaksinləri qeydiyyatdan keçib”.